BMT Baş katibi Moqadişodakı terroru qınadı

  • 13:30 - 07 Mart

BMT baş katibi Antoniu Quterreş 5 mart tarixində Moqadişoda mülki vətəndaşlara edilən terror hücumunu qınayıb.

“Report” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik tərəfindən yayımlanan məlumatda deyilir.

Baş katib ayrıca terrorda həyatını itirənlərin ailələrinə başsağlığı verib və BMT-nin bu cür cinayətlərə qarşı Somali hökuməti, xalqı ilə hərtərəfli dəstəyini və həmrəyliyini bir daha vurğulayıb.

Qeyd edək ki, 5 mart tarixində Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib. Nəticədə azı 20 mülki vətəndaş həyatını itirib, 30-dan çox şəxs xəsarət alıb.


Oxunma sayı: 2542

Oxşar yazılar