Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı

  • 23:20 - 06 Mart

Polşada Poznan - Xerson reysini həyata keçirən avtobus qəzaya uğrayıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 14-nün vəziyyəti ağırdır.

Məlumata əsasən, avtobusda 57 sərnişin olub və onlar Ukrayna vətəndaşları olub.

 

Qəzanın səbəbi barədə məlumat verilmir.


Oxunma sayı: 10000

Oxşar yazılar