Dünyanın ən böyük hərbi donamasına sahib olan ölkənin adı açıqlandı - ABŞ-ı taxtından endirdilər

  • 21:27 - 06 Mart

ABŞ Dəniz Kəşfiyyat Ofisi tərəfindən ölkələrin dəniz savaş gücü ilə bağlı hazırlanan hesabatda Çin donamasının son 20 il ərzində 3 dəfə böyüdüyü bildirilir. 

Avropa.info xəbər verir ki, hesabatda Çinin 360 savaş gəmisi ilə dünyanın ən böyük donamasına sahib olduğu qeyd olunur.

Hesabatda, Çin donamasının gələcək 4 il içində gəmi sayını 400-ə çıxarmağı hədəflədiyi deyilir. 

Dəniz Kəşfiyyat Ofisinin hesabatında, Çin Xalq Respublikasının "narahatedici" bir sürətlə modern savaş gəmisi, dənizaltı gəmilər, təyyarə gəmiləri, savaş gəmiləri, dənizaltı nüvə raketləri hazırladığı ifadə edilir. 
 

ABŞ isə hazırda 297 ədəd savaş gəmisi ilə Çindən sonra ikinci yeri tutur. 


Oxunma sayı: 9538

Oxşar yazılar