Ermənistan müxalifətinin lideri gəncləri iğtişaşlara çağırdı: "Onlar "Molotov kokteyli" ilə maşınları yandırdılar, biz isə..."

  • 18:55 - 06 Mart

Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan erməni gəncləri küçələrə çıxmağa çağırıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, gənclərin baş nazir Nikol Paşinyana qarşı kifayət qədər aqressiv olmasından narazılığını bildirib.

“Biz çox dözümlü xalqıq. İspaniyada musiqiçinin həbsinə görə 100 min nəfər gənc küçələrə axışaraq “Molotov kokteyli” ilə maşınları yandırdılar. Biz isə vətənimizin bir hissəsini itirmişik və heç nə, sakit aksiyalar gedir”, - o vurğulayıb.


Oxunma sayı: 4555

Oxşar yazılar