Putinin məni və Navalnını öldürtməsindən qorxuram... - Dünya gündəminə düşən SENSASİON İDDİA

  • 16:38 - 06 Mart

Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının müttəfiqlərindən biri Sergey Aleksaşenko CNN-ə verdiyi açıqlamada sensasion iddia ilə çıxış edib. 

Avropa.info xəbər verir ki, Aleksaşenko Rusya prezidenti Vladimir Putinin onu öldürtməsindən qorxduğunu deyib.

"Qorxmadığımı söyləsəm, yalan söyləmiş olaram. Rusiyanı 2014-cü ildıə tərk etdim, çünki dövlət düşməni elan edilmişdim. Əlbəttə ki, qorxurdum. Ancaq bütün həyatım boyunca gizlənə bilmərəm. Özümü gizləyərək səssiz qalıb, həyatımı keçirə bilmərəm. Belə bir şey etmək istəmirəm. Bundan öncəki həyatmı SSRİ-nin dağılmasına həsr etdim. Navalnı üçün də vəziyyət əslində tam olaraq belədir. Rusiyadan kənarda həyatını keçirərsə, artıq bir "heç" olar. Təbii ki. qorxuruq, ancaq etməli olduqlarımızı etməliyik", deyə rus müxalif bildirib. 

Aİ Aleksey Navalnı ilə bağlı vəziyyətin araşdırılmasını istəyir

Navalnı

Qeyd edək ki, 20 avqust 2020-ci ildə Rusiyanın Tomsk şəhərindən Moskvaya gedən Navalnın yolda vəziyyəti pisləşmiş və bundan sonra təyyarə Omsk şəhərinə enmişdi. Omskdakı xəstəxanaya aparılan Navalniyin çayına qarışdırılmış bir maddə ilə zəhərləndiyi iddia edildi.

Kremlə müxalif olan Navalnı 22 Avqust 2020-ci ildə Omskdan Berlindəki Charite Xəstəxanasına köçürüldü. Navalnı müalicə aldığı Almaniyadan qayıdan kimi 17 yanvarda Moskvada hava limanında həbs olundu.

Avropa.info


Oxunma sayı: 4280

Oxşar yazılar