Türkiyə səfiri Ərkan Özoral : "Ermənilərin etdikləri insanlıqdan kənar hərəkətdir"

  • 16:16 - 06 Mart

“İşğaldan azad edilən ərazilərə gəldikcə Azərbaycanın qazandığı zəfərin böyüklüyünü və önəmini daha yaxından görürəm. Burada gördüklərimiz bizə göstərir ki, ermənilərin məqsədi bu torpaqlarda yaşamaq olmayıb. Onların məqəsdi bu torpaqlarda nə varsa hamısını yox etmək olub”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral martın 6-da Azərbaycandakı xarici diplomatlar və hərbi attaşelərlə birlikdə işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən deyib.

“Bu, insanlıqdan kənar bir hərəkətdir. Torpaqların azad edilməsindən sonra buraların bərpası ilə bağlı Azərbaycanın görəcəyi işlər var. Bölgədə yeni dövrün başladığını artıq rahatlıqla görə bilirik”, - səfir bildirib.


Oxunma sayı: 3598

Oxşar yazılar