Dövlət xətti ilə təhsil alan tələbələr işə düzəlməkdə çətinlik çəkir: Nə etməli? – VİDEO

  • 13:12 - 06 Mart

Dövlət xətti ilə təhsil alan tələbələr təhsil müəssisəsini bitirdikdən sonra işə düzəlmək istəyəndə əmək bazarında çətinliklərlə üzləşir. 

Avropa.info bildirir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinin qonağı olan UNEC-in dosenti Afaq Hüseyn deyib.

O bildirib ki, belə halların qarşısını almaq üçün universitetlərin tərkibində karyera mərkəzləri fəaliyyət göstərməyə başlayıb:

“İstər dövlət qurumları, istərsə də özəl sektorda işəgötürənlər birinci kursdan dövlət sifarişi ilə qəbul olmuş tələbələrlə görüşərək, hansı tələblərinin olmasını diktə edə və dörd il boyunca tələbəni işə götürülməsi istiqamətində onlara müəyyən dəstək ola bilər. Xaricdə istehsalat təcrübəsinə gedən tələbə bir neçə ay işləyəndən sonra həmin müəssisənin rəhbəri onun işə götürülməsi ilə bağlı qərar verir. Hazırda ölkədə də bu istiqamətdə işlər həyata keçirilir. Artıq dövlət orqanlarının rəhbərləri ilə görüşlər təşkil olunur və istehsalat təcrübələri o qurumlarda təşkil olunur. Amma burada işə qəbul prosesi test və müsahibə mərhələsində aparıldığı üçün dövlət qulluqçusu statusunu almaqdan ötrü müəyyən mərhələləri keçmək lazım olur. Karyera mərkəzləri də namizədləri bu istiqamətdə məlumatlandırır”. 

A. Hüseyn onu da qeyd edib ki, özəl sektorda istehsalat təcrübəsi keçən tələbələrə müəyyən əməkhaqqı verilməsi lazım olduğu üçün bu sektordakı şirkətlər istehsalat təcrübəsini təşkil etməkdə o qədər də maraqlı olmurlar.


Oxunma sayı: 6117

Oxşar yazılar