Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq

  • 11:29 - 06 Mart

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Avropa.info bildirir ki, iclasda yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 6 iclası keçirilib və daxil olan müraciətlərin 650-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.


Oxunma sayı: 2861

Oxşar yazılar