Bakıda ağır qəza: 6 nəfər xəsarət aldı – SİYAHI

  • 10:18 - 06 Mart

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesində baş verib.

Belə ki, şossedə iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1992-ci il təvəllüdlü Mədinə Nəsirova, 1995-ci il təvəllüdlü Elvin Məmmədov, 1980-ci il təvəllüdlü Vəfa Əliyeva, 1986-ci il təvəllüdlü Elvin İsmayılov, 1985-ci il təvəllüdlü İlham Şükürov və 16 yaşlı Elgün Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Fakt Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.


Oxunma sayı: 2839

Oxşar yazılar