FIFA ofsayd qaydalarında dəyişik etməyə hazırlaşır

  • 21:40 - 05 Mart

FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında mümkün dəyişiklikləri nəzərdən keçirir. 

"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino IFAB-nin illik ümumi yığıncağından sonra təşkil olunan mətbuat konfransında deyib. 

Funksioner bildirib ki, yeni qaydalar hücum edən komandalara daha çox üstünlük verəcək. İnfantinonun sözlərinə görə, FIFA-da Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri olan Arsen Venger məsələ ilə bağlı bəzi ideyalar təqdim edib. 

Qeyd edək ki, IFAB bu gün futbolda yeni qaydaları təsdiqləyib.


Oxunma sayı: 4412

Oxşar yazılar