Bakıda avtomobil motosikleti vurdu, kuryeri günahkar çıxarmağa çalışdı - VİDEO

  • 18:46 - 05 Mart

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.

Avropa.info bildirir ki, Motopro qrupunda yayılan kadrlarda avtomobilin motosikleti vurması əks olunub. Belə ki, yolun kənarından hərəkətə başlayan avtomobil sürücüsü digər nəqliyyat vasitələrinə yol vermədən sola çıxıb. Nəticədə, avtomobil əsas yolda olan motosikleti vurub.

Maraqlısı isə ondadır ki, avtomobilin sürücüsü səhvini boynuna alıb üzr istəmək əvəzinə motosikletçini günahkar çıxarmağa çalışıb.


Oxunma sayı: 2091

Oxşar yazılar