Səudiyyə Ərəbistanı Kralı ABŞ səfirini ölkədən qovdu və bir daha paytaxt Riyadda yatmamağa and içdi - TARİXİ OLAYIN ŞOK DETALLARI

  • 15:45 - 05 Mart

Səudiyyə Ərəbistanının Afrika İşləri Üzrə Dövlət naziri Əhməd Kattan, mərhum kral Fəhd bin Abduləzizin ABŞ səfirini ölkədən qovması və bir daha Riyadda yatmaqdan imtina etməsi hadisəsinin təfərrüatlarını bölüşüb. 

Avropa.info xəbər verir ki, Kral Fəhd bin Abduləziz yönətimində Dövlət naziri vəzifəsində çalışmış Əhməd Kattan, "Image" proqramına verdiyi müsahibədə həmin dövrdə ABŞ-la yaşanan problemdən danışıb.
 

"Kral, şahzadə Xalid bin Sultan bin Abduləziz ve Bandar bin Sultan bin Abduləzizi Çin raketləri almaq üçün vəzifələndirdi. Raket satın alma olayından narahat olan İsrail bununla bağlı ABŞ-a şikayət etdi. Şahzadə Bandan isə raketləri İraq-İran müharibəsində İraqı dəstəkləmək üçün aldıqlarını söylədi.

Lakin, bununla razılaşmayan ABŞ, ölkəsinin diplomatı Flipp Həbib və Birləşmiş Ştatların Riyaddakı səfiri Hume Horanın rəhbərlik etdiyi bir heyəti Kral Fəhd ilə görüşmək üçün Səudiyyəyə göndərdi. Amerikalılar təkidlə Səudiyyə Ərəbistanının niyə onları bilgiləndirmədiyini soruşurdular. Bundan qəzəblənən mərhum kralımız Fəhd bin Abduləziz indiyədək kimsənin atmadığı bir addımı atdı. Kral ABŞ heyətini qəbul etmədi və səfir Hume Horanın ölkədən çıxarılması əmrini verdi. Daha sonra Kral Uca Allaha and içərək, Riyadda yatmamağa söz verdi və Bəsrə Körfəzinin sahilində olan Dahran şəhərinə köçdü. Ömrünün sonunadək də həmin şəhərdə yaşadı. Mənə daha öncə ABŞ səfirini qovan bir ölkə göstərin", deyə Kattan qeyd edib. 

Avropa.info


Oxunma sayı: 16380

Oxşar yazılar