ÜST koronavirusun bitəcəyi tarixi açıqladı

  • 13:46 - 05 Mart

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Klyuge 2021-ci ilin də "koronavirus ili" olacağını bildirib.

Avropa.info  xəbər verir ki, o, pandemiyanın sona çatmasının 2022-ci ilin əvvəlinə gözlənildiyini vurğulayıb.

"2021-ci ilin "COVID ili" olacağını düşünürəm. Ancaq bu, daha proqnozlaşdırıla bilən və idarəedilən olacaq. 2020-ci ildə elmi və siyasi qeyri-müəyyənlik var idi. Bir il sonra daha çox şey bilirik. Alətlərimiz, diaqnostik proqramlarımız, peyvənd var. Mənim üçün işimdə əvvəlcədən plan qurmaq vacibdir. Ona görə də pandemiyanın 2022-ci ilin əvvəlinə qədər bitəcəyini düşünürəm, amma bu, virusun yox olacağı anlamına gəlmir. Bununla belə, ümid edirəm ki, o vaxta qədər müdaxilələrə ehtiyac qalmayacaq".

ÜST rəsmisi Avropa həmrəyliyinə ehtiyac olduğunu əlavə edib: "Zəngin bölgələrin peyvənd alıb, digərlərinin almamasına yol vermək olmaz”.

Ölkələrin məhdudiyyətləri necə qaldıracaqlarının çox vacib olduğunu deyən Klyuge bildirib ki, hər şey çox tez baş verərsə, əvvələ qayıdacağıq.


Oxunma sayı: 760

Oxşar yazılar