"Barselona"dan 119 illik rekord

  • 00:49 - 05 Mart

İspaniya kubokunun yarımfinalında “Sevilya”nı məğlub edərək finala yüksələn “Barselona” turnirin tarixinə düşüb.

Qol.az “Opta”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi son 13 mövsümdə 10-cu dəfə finala vəsiqə qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir. 119 ildir keçirilən İspaniya kubokunda heç bir klub 13 mövsümə 10 dəfə finala yüksələ bilməmişdi.

Xatırladaq ki, ilk oyunda səfərdə “Sevilya”ya 0:2 hesabıyla uduzan “Barselona” cavab matçında 3:0 qələbə qazanaraq, adını finala yazdırıb. Ronald Kumanın komandası həlledici matçda “Levante” – “Atletik” cütünün qalibi ilə qarşılaşacaq.


Oxunma sayı: 4731

Oxşar yazılar