Türkiyədə dəfn mərasimində COVID-19-a kütləvi yoluxma qeydə alınıb

  • 23:10 - 04 Mart

Türkiyənin Trabzon şəhərində dəfn mərasimində iştirak edən 100-ə yaxın kişidən 40-nın bir həftə sonra COVID-19-a yoluxduğu məlum olub.

Bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat yayıb.

Hadisə ilə əlaqədar olaraq yerli qurumlar vətəndaşlara müraciət edərək dəfn mərasimlərinə, həmçinin başsağlığı vermək üçün nəzərdə tutulan qapalı məkanlara getməməyi tövsiyə edib.


Oxunma sayı: 3411

Oxşar yazılar