OPEC+ hasilatın gündəlik 1 mln. barel azaldılması qərarını uzada bilər

  • 22:18 - 04 Mart

OPEC+ nazirləri, Səudiyyə Ərəbistanının fevral-mart aylarında boynuna götürdüyü neft hasilatındakı əlavə gündəlik 1 mln. barel azaldılmasının aprel ayında da uzadılmasını müzakirə edirlər. 

Eyni zamanda, OPEK-dəki mənbə bildirib ki, Rusiya hasilatını az da olsa, artıra bilər. 

“Səudiyyəlilər azaldılmanı gündəlik 1 mln. barelə qədər uzadacaq”, - deyən mənbə əlavə edib ki, Rusiya “bir az artıra biləcək”. 

Qeyd olunub ki, aprel ayında fəaliyyət variantları ilə bağlı müzakirələr hələ də davam edir və bu ssenari hələ əsas deyil.(apa)


Oxunma sayı: 10924

Oxşar yazılar