Türkiyədə hərbi helikopter qəzaya uğradı, general Erbaş da daxil olmaqla 11 hərbçi şəhid oldu- Hadisə yerindən FOTOLAR (YENİLƏNİB)

  • 23:17 - 04 Mart

Az əvvəl verilən son məlumata görə, yaralı əsgərlərdən biri də xəstəxanada vəfat edib. Bununla da şəhid sayı 11-ə çatıb.

***

Türkiyənin Milli Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.

***

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter Bitlisin Tatvan qəsəbəsində qəzaya uğrayıb.

Qəza nəticəsində 9 hərbçi şəhid olub, 4 hərbçi xəsarət alıb.

Şəhid olanlar arasında general-mayor Osman Erbaş da var. 

Avropa.info hadisə yerindən fotoları təqdim edir:

Foto - İşte olay yerinden ilk görüntüler...
Foto - İşte olay yerinden ilk görüntüler...
Foto - İşte olay yerinden ilk görüntüler...
Foto - İşte olay yerinden ilk görüntüler...
Foto - Bölgede arama çalışmalarının hemen başlatıldığı ifade edilen açıklamada, şunlar kaydedildi:

Oxunma sayı: 8922

Oxşar yazılar