Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb

  • 16:45 - 04 Mart

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyəyə quru, dəniz və hava yolu ilə səfər edəcək şəxslərdən son 72 saat ərzində götürülmüş neqativ SARS-CoV-2 PCR testi ilə bağlı tələbin müddəti uzadılıb.

 Türkiyənin Azərbaycandakı səfirliyinin verdiyi məlumata görə, müddət 15 aprel 2021-ci il tarixinədək uzadılıb.

Bildirilib ki, neqativ test təqdim edə bilməyənlərə tətbiq ediləcək karantin şərtləri də qüvvədə qalıb.   


Oxunma sayı: 5644

Oxşar yazılar