Xaçmaz sakinindən avtomat götürülüb

  • 17:20 - 04 Mart

Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, bir ədəd sandıqca və 30 ədəd patron aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı N.Əliyev silah və patronları meşəlik ərazidən tapdığını bildirib.

 

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.


 


Oxunma sayı: 13454

Oxşar yazılar