Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi

  • 14:42 - 04 Mart

“Interpol” Cənubi Afrika və Çində keçirilən əməliyyatlar zamanı minlərlə yeni koronavirus (COVID-19) peyvəndi növünün ələ keçirildiyini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, “Interpol”un baş katibi Yurgen Stok bunun “Aysberqin görünən tərəfi” olduğunu deyib.

 

Bildirilir ki, Cənubi Afrikanın Cermiston şəhərində təxminən 2 400 doza saxta COVID-19 peyvəndi ələ keçirilib. Əməliyyatda üç Çin və bir Zambiya vətəndaşı nəzarətə alınıb.

Eyni zamanda, polis Çində saxta peyvənd istehsal edən bir fabrikdə əməliyyat keçirib: 80 nəfər saxlanılıb ​​və 3 000 saxta peyvənd müsadirə edilib.

“Interpol” bu günə qədər internet üzərindən satış üçün hansısa peyvəndin təsdiqlənmədiyi barədə xəbərdarlıq edib.


Oxunma sayı: 936

Oxşar yazılar