Əməkdar artist insult keçirdi - Təcili xəstəxanaya yerləşdirildi

  • 13:28 - 03 Mart

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.

Avropa.info xəbər verir ki, bu barədə APA-ya Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə aldığını deyib:

“Pərviz Bağırov beyin infarktı (işemik insult) keçirib. Hazırda reanimasiyadadır. Həkimi ilə əlaqə saxladıq, bildirdi ki, xəstəxanaya gəldiyi günlə müqayisədə səhhətində müəyyən irəliləyiş var. Xəstə qəbul olunanda vəziyyəti çox ağır idi. Hazırda stabil ağır olaraq qalır. Huşu aydın olsa da, ünsiyyətində problem var, sağ tərəfi işləmir”.


 


Oxunma sayı: 1409

Oxşar yazılar