Ermənistandan Qarabağda böyük təxribat! Azərbaycanlı hərbi mütəxəssis: “Yeni qırğın planları hazırlanır”

  • 11:00 - 03 Mart

Azərbaycan ordusu 27 sentyabr 2020-ci il tarixində Ermənistanın təcavüzündən sonra başladılan hərbi əməliyyatla Qarabağdakı otuz illik işğalını böyük miqyasda sonlandırdı. Erməni işğalçı qüvvələrinin böyük bir məğlubiyyətə uğradığı 44 günlük müharibənin sülh müqaviləsi Rusiyanın vasitəçiliyi ilə 10 noyabrda imzalandı.

Əldə edilən razılığa uyğun olaraq, bölgəyə sülhməramlı qüvvələr göndərən Rusiyaya bölgəyə yerləşdirdiyi 1960 əsgərlə birlikdə “sülhməramlı qüvvə” missiyası verildi. Qarabağ ərazisində yaşanan hadisələrə dair gündəlik hesabat yayımlayan Rusiya Müdafiə Nazirliyinin gündəlik xəritəsində işğal dönəmində erməni qüvvələrinin erməni qüvvələri tərəfindən verilən quldur adlarının istifadəsi böyük reaksiya doğurdu.

Avropa.info bildirir ki, 17 il Azərbaycan ordusunda xidmət etdikdən sonra təqaüdə çıxan təhlükəsizlik mütəxəssisi Ədalət Verdiyev “Türkiyə” qəzetinə özəl açıqlamalar verib. Rusiyanın Qarabağla bağlı çirkli planlarının olduğunu deyən Ədalət Verdiyev bunları söyləyib:

“Ermənistanın Qarabağa yeganə əlaqə dəhlizi olan Laçın dəhlizi rusların nəzarəti altında qaldı. Ermənistandan gələn nəqliyyat vasitələri bu xəttdə heç bir maneə görmədən Qarabağa silah və sursat gətirə bilir. Bu barədə dəqiq məlumatlarımız var.

Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs müqaviləsinin 4-cü maddəsi bölgədəki bütün silahlı ünsürlərin çıxarılmasını vacib sayır. Lakin Rusiya bu istiqamətdə heç bir addım atmadı. Bundan əlavə, Rusiya xaricdən silah və sursat daşınmasına da göz yumur. Ermənilər mütləq yeni qırğın planları hazırlayır. Bölgəyə gətirilən silahlar, döyüşçülər və döyüş sursatları yeni bir qarşıdurmaya səbəb olacaq.

Rusiya Müdafiə Nazirliyi gündəlik fəaliyyət hesabatı dərc edir. Bu fəaliyyətləri xəritədə əks etdirir. Ancaq işğal dövründə bölgənin şəhərlərinə, kəndlərinə, meydanlarına, düzənliklərinə və dağlarına dəstələr tərəfindən quldur adları verildi. Bu ərazilərin qədim tarixi adları yox sayılır. İndi Rusiya 30 il əvvəl qanlı istilada verilən adları gündəlik xəritəsində istifadə etməyə davam edir. 44 gün savaşdıq və bu bölgələr yenidən yüz illik adlarına qovuşdu. Rusiyanın bu vəziyyəti nəzərə almaması Azərbaycan xalqında dərin narahatlıq doğurur. Bu vəziyyət mümkün qədər tez bir zamanda düzəldilməlidir. Azərbaycan torpağı olan Qarabağ 30 il əvvəl tarixdə nadir rast gəlinən qırğınlarla müşayiət olundu. Böyük bir ağrı yaşadıq. Ancaq bu ağrılarımız işğal edilən yurdlarımıza qanlı qırğın törədənlərin adlarının verilməsi yaramızı hər zaman qanadan ünsür oldu. Erməni quldur dəstələri Ağdamı Ağna, Füzulini Varanda, Kəlbəcəri Karvacar, Şuşanı Şuşi, Xankəndini Stepanakert, Xocalını İvanyan adlandırdı. Rusiyanın təkid etdiyi xəritədə Qarabağda qondarma rejimin “paytaxtı” kimi göstərilən Xankəndinin adı Stepanakert olaraq dəyişdirildi. Bu şəhərə adı verilən Stepan Şaumyan 1918-ci ildə təkcə Quba, Bakı, Göyçay və Kürdəmir bölgələrində və dörd gün ərzində 12 min Azərbaycan türkünü qətlə yetirənlərdən biridr. Sözün əsl mənası ilə Türk yurdlarında soyqırımı törədib. Eyni zamanda, 10 min müsəlman türkün taleyindən xəbər alınmadı. Stepan Şaumyan Leninə bağlı və yaxın münasibətləri olan biri idi. Bu vəhşiliyi bolşevik inqilabı üçün törətdi və ona 4 min daşnak dəstək verdi. Daha sonra yazdığı xatirələrdə “Əgər o insanları öldürməsəydim, Azərbaycanda müstəqil dövlət elan ediləcək və Qafqazda sosialist inqilabı həyata keçirilə bilməyəcəkdi” sözləri ilə başçılıq etdiyi qətliamı müdafiə etdi”. 

Rusiyanın vasitəçiliyi ilə imzalanan razılaşmaya görə, Rusiyanın Qarabağda 1960 əsgər saxlaya biləcəyini deyən Ədalət Verdiyev aradan keçən müddət ərzində bölgəyə təkcəyə rus əsgərləri deyil, çoxlu sayda Rusiya vətəndaşının da gətirildiyini söyləyib. Onun sözlərinə görə, Qarabağa humanitar yardım, səhiyyə, inşaat, ticarət fəaliyyətləri bəhanə edilərək, gətirilən rusların sayı on mini keçib. Bu durumun ciddiyə alınmasını vurğulayan Verdiyev Rusiyanın Qarabağa 52 min nəfərdən çox erməni köçürdüyün və bölgədə yeni gərginlik ocağının yaradılmasına diqqət çəkib.


Oxunma sayı: 2278

Oxşar yazılar