Sizi kimsəsiz buraxacaqlar ki, ləyaqətsiz kafelərdə ucuz mal olasınız... - Azər Hüseynov yazır

  • 00:53 - 03 Mart

Son zamanlar internet üzərindən bəzi yazı və videolar yayılır. Artıq liberal olduqlarını ifadə edənlər ideologiyaya nifrət edirlər. Hətta deyirlər ki, ideologiya inkişafa mane olur. Əslində belədirmi?

Acizanə deyim ki, xeyr! Bəşəriyyətin bütün sıçrayışları və əsaslı nailiyyətləri ideologiyalar və onların mübarizəsi zamanı olubdur.

Sizi bu gün smartfonlar, 5G lər, IT lər vasitəsi ilə inandırmağa çalışanlar sizin elmin tarixi və ötürücülüyü haqqında bilik azlığınıza əsaslanırlar. Halbuki, bütün bu sistemlərin nəzəri rəqəmsal əsasları əsrlərdir mövcuddur.

Sadəcə insanın beyin və əl surəti artıbdır. Çoxunuz yəqin Fərabini, İbn Sinanı oxumamısınız. Fərabi #ideal dövlət# əsərində insanın psixoloji, əqli və fiziki sistemini elə izah edir ki, oxusanız görəcəksiniz ki, bu qədər mikroskopları ilə əslində muasir elm təməldə elə siz deyən yeni heç nə deməyibdir.

Bəs ideologiyalarla niyə mübarizə aparırlar? Çünki ideologiyaların əksəriyyətinin fikir sisteminin mərkəzində ictimai əxlaq dayanır.

Sabit əxlaqi kriteriyalar dayanır. Sabit əxlaqi meyyarlar məsələn feminizmi maliyyələşdirən transmilli gigantlara lazım deyil.

Bəs ailəsiz, yiyəsiz milyonlarla qadınlar?

Tekstil sistemində, digər sahələrdə necə qul olsun axı. Təsadüfi cinsi əlaqədən doğulan uşaqlar da valideyinsiz, növlərin mübarizəsi Darvin qanunu ilə ələnib necə qul olmasın dövlət üstü kapitalizmə.

Bir zaman kapitalistlər dövlətə ehtiyac duyardı. İndi isə bəziləri ittifaqla dövlət üstü oldular. Dövlətlərin ailə siyasətinə, qadın siyasətinə təsir edirlər. Fəqət, dövlətlərin köklüləri və millətlərin köklüləri bu hiyləni başa düşürlər.

Qlobal plan odur ki, ideologiyasızlaşan bəşəriyyət azalana qədər qul olsun. Sonra onun yerini robotlar əvəz edər. Amma bir şeyi unudurlar. İnsanın fitrətini. Və buna görə əsas düşmənləri bu fitrəti həyata keçirəcək İslam dinidir.

Yoxsa, bizim məmləkətdən çıxıb Avropalarda kök salmış, Vətənə, millətə həqarətlə baxanlar İslamı niyə vursun ki...

Bu feminizm aludəsi gəncəcik qızlara son olaraq bir tövsiyyə edərdim. Balalar. Düşünməyin ki, sizi tətikləyən o intellektual görünümlülər kimi sizə də qrantlar, pullar axacaqdır.

Xeyr. Sizi kimsəsiz buraxacaqlar. Ki ləyaqətsiz kafelərdə qabyuyan və ucuz mal olasınız. Siz də axirət əzabına qapı açarkən onlar sizi yenə mal edəcək. Ta ki özləri oda girənə qədər...

Azər Hüseynov Avropa.info yazarı


Oxunma sayı: 5985

Oxşar yazılar