"Ermənilər Dağlıq Qarabağ ətrafındakı torpaqların böyük hissəsini Azərbaycana qaytarır" - Lavrovun İrəvan səfərinin sensasion detalları rus mətbuatında

  • 14:54 - 11 Noyabr

"Bakıya etdiyi səfərdən iki ay sonra Sergey Lavrov Yerevana gəlib. Hər iki səfərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ olub. Azərbaycan-Ermənistan sərhədində mütəmadi olaraq atışmalar gedir. 1988-ci ildən bəri davam edən münaqişəyə diplomatik həlli yolu tapmaq cəhdləri son nəticədə heç nə ilə bitib."

Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın  "Kommersant" qəzetindəki məqalədə bildirilir.

Qəzetinin iddiasına görə, ermənilər Dağlıq Qarabağ ətrafındakı Azərbaycan torpaqlarının böyük bir hissəsini qaytarırlar. Bunun əvəzəndə Ermənistanla kommunikasiya vasitəsi olan Laçın koridorunu saxlayırlar. Lakin plana görə münaqişəni hərb yolu ilə həll etməməyi öz üzərilərinə götürürlər. 

 

Rəsmi Bakı isə Dağlıq Qarabağın ayrılmasını rəsmi şəkildə qəbul etmir, ancaq münaqişəni hərbi yolla həll etməməyi öz üzərinə götürür. Bunun təminatı kimi münaqişə zonasına BMT və KTMT-nın sülhməramlılarının yerləşdirilir. Həmçinin qaytarılmış rayonlardan silahlar çıxarılır.

Rəsmi səviyyədə Bakı və Yerevan əvvəlki mövqelərində qalaraq ciddi güzəştlərdən danışmırlar. Bakı üçün maksimal güzəşt Qarabağa Azərbaycan tərkibində muxtariyyət statusunun tanınması və heç bir şərt qoyulmadan Dağlıq Qarabağ ətrafındakı torpaqların qaytarılması ola bilər.

Yerevanda hər hansı torpaq güzəştindən danışmaqdan imtina edirlər. Ermənistandakı diplomatik mənbə "Kommersant" qəzetinə  deyib ki, Dağlıq Qarabağ ətrafındakı torpaqlardan imtina planı heç müzakirə belə olunmur. 1990-cı illərdə işğal olunmuş Azərbaycan rayonlarını ermənilər Dağlıq Qarabağ ətrafında yaradılmış "təhlükəsizlik zonası" sayırlar.

Yerevanda qeyd edirlər ki, separatçı "Dağlıq Qarabağ Respublika"sı danışıqlarda  müstəqil oyunçu kimi çıxış etməyənədək, vəziyyətdən çıxmaq üçün edilən istənilən cəhd iflasa məhkumdur. Azərbaycan isə birmənalı olaraq bu variantı qəbuledilməz sayır.

“Kommersant”  Bakıdakı yüksək vəzifəli mənbəyə istinadən yazır ki, dalana dirənmiş vəziyyətin fonunda Azərbaycan-Ermənistan arasındakı münaqişə hər an irimiqyaslı müharibəyə çevrilə bilər.

“Başqa yol qalmazsa, biz müharibə edəcəyik. Son illər qüvvələr balansı dəyişib. Heç də Ermənistanın xeyrinə yox. Hərbi büdcəmiz Ermənistanın bütün büdcəsindən daha böyükdür. Ordumuz üçün Yerevanda olmayan silahlar alınır. Bundan başqa Ermənistanla müharibə bağlayacağı təqdirdə Naxçıvanda hücum hissələri yerləşdirilib” – Azərbaycan güc strukturlarındakı mənbə qəzetə belə deyib.

Qəzet iddia edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Ermənistana qarşı hərbi əməliyyatlara başlamaq Azərbaycan üçün gözlənilməz nəticələr verə bilər. Dağlıq Qarabağ separatçılarına gəldikdə isə onlar bu müqaviləyə daxil deyil.

Yerevanda yerləşən Qafqaz İnstitutunun direktoru Sergey Minasyan bu haqda belə deyir:

“Ermənistanla müttəfiqliyi və onun qarşısında təhlükəsizlik öhdəlikləri olan Rusiya buna baxmayaraq uzun illərdir ki, Azərbaycana silah satır”. O, deyib ki, Rusiya rəsmi Bakının hər hansı aktiv hərbi əməliyyatlar aparmaq cəhdinin qarşısını alacaq. Belə ki, Rusiya indiki status-kvonun pozulmasında maraqlı deyil.

İki gün öncə Sergey Lavrovla keçirilən görüşlərin nəticələrinə dair Ermənistan xarici işlər naziri Edvard Nalbandyan demişdi ki, rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair Rusiyanın sülhməramlı səylərini yüksək qiymətləndirir və bu iş davam edəcək. Nalbadyan aparılan danışığın detalları barədə məlumat verməyib.

 

Bununla belə hər iki nazir Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsindən kənarda, hər hansı beynəlxalq sahədə həll olunmasına qarşı çıxıblar.


Oxunma sayı: 6799

Oxşar yazılar