Maşından qızıl oğurlayıb əyləncəyə xərclədi

  • 15:54 - 02 Mart

Şəmkir rayonunda avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, rayon sakini İntiqam Yusifov Şəmkirdən Bakı şəhərinə getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb. O, saxlanılaraq istintaqa təhvil verilib.

Dindirilmə zamanı İ.Yusifov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3488

Oxşar yazılar