Polis “Barselona”nın ofisində axtarış apardı

  • 15:09 - 01 Mart

Bu gün Kataloniya polisi “Barselona”nın baş ofisində axtarış aparıb.

Qol.az xəbər verir ki, məlumatı “Mundo Deportivo” yayıb. Mənbə bildirib ki, səhər iş saatı başlayandan bir neçə polis ofisə gəlib. Yoxlamanın səbəbləri bilinmir. Güman edilir ki, bu, klubun sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı ola bilər.

Qeyd edək ki, 2021-ci il martın 7-də “Barselona” prezidentliyinə seçkilər keçiriləcək.


Oxunma sayı: 5875

Oxşar yazılar