Paşinyan Putinlə telefon danışığı zamanı "İsgəndər"lə bağlı dediklərini təkzib etdi: "Səhv məlumatlandırılmışam"

  • 14:45 - 01 Mart

Ermənistanın baş naziri və Rusiya Federasiyasının prezidenti arasında son günlərdə baş tutan telefon danışığı zamanı, Nikol Paşinyanın "İsgəndər" raketləri haqqındakı bəyanatı da müzakirə olunub.  

Avropa.info xəbər verir ki, bunu Ermənistan mediasına açıqlamasında Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan deyib. 

"Ermənistanın baş naziri Putinlə telefon danışığında bu məsələ barədə ona səhv məlumat verildiyi qənaətinə gəldiyini bildirib. Üstəlik, baş nazirin açıqlamasının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistan-Rusiya müttəfiq münasibətlərinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur", deyə Mane Gevorkyan qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl yerli mətbuata müsahibəsində Qarabağ müharibəsi dövründə atılan "İskəndər" raketinin yalnız 10 faiz gücündə partladığını açıqlamışdı.


Oxunma sayı: 4577

Oxşar yazılar