"Şəhər məscidi 18 il öncə təmir adı ilə bağlandı, həyəti satıldı, bina narkomanların məskəninə çevirildi" - Xudatlı dindarlar Prezident İlham Əliyevə müraciət etdilər (FOTO)

  • 13:55 - 01 Mart

“Xudat şəhərində yerləşən Cümə Məscidi 1995-ci ildə Mirzə Fətəli Axundov küçəsində inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilmişdi. Lakin, 2001-ci ildən etibarən bizim ibadət etdiyimiz Xudat şəhəri Axundov küçəsində yerləşən Mərkəzi Cümə Məscidi təmir adı ilə bağlanılıb, amma, o vaxtdan bu günə kimi məsciddə heç bir təmir işləri aparılmayıb, qapıları möhürlənərək Xudat sakinlərinin üzünə bağlı qalmaqdadır. Lakin, 18 ildə məscidi nə təmir etdilər, nə də imkan vermirlər ki, öz vəsaitimiz hesabına təmir etdirək ”.

Bu haqda Xudat şəhəri dindarlarının Avropa.info-ya müraciətində bildirilir. Dindarlar müraciətlərində Prezident İlham Əliyevdən kömək istəyiblər. 

"Məscid, nəzarətsiz qaldığından, vaxtaşırı bəzi mənəviyyatsız şəxslər tərəfindən qapı pəncərələri qırılmış və təhqirə məruz qalmışdır. Hətta məscidin həyətinin bir hissəsi zəbt olunmuş bir hissəsi də satılmışdır. Bu illər ərzində, məscid icması və şəhər sakinləri tərəfindən, çoxsaylı rayon və ölkə qurumlarına müraciət olunmasına baxmayaraq heç bir tədbir görülməmiş, yazılı və şifahi müraciətlər cavabsız qalmışdır. 

Açıklama yok.

Məscidimizi işlək formada bağladılar. Bizə bildirdilər ki, məscidin tavanı və döşəməsi sıradan çıxıb, divarlarında çatlar əmələ gəlib. Bu səbəbdən də məscidi təmirə bağlayırıq. Lakin, 18 il ərzində məscid təmir edilmədi. Hazırda biz özümüz məscidin həyətində, həndəvərində təmizlik işləri aparırıq ki, xarabaya çevrilməsin. Amma içəri girib, namaz qıla bilmirik. Bağlandıqan sonra məscidin həyətindəki torpaq sahələri tədricən satılmağa başlandı. 

Məscidi özümüz də təmir etməyə hazırıq. Yetər ki, məscidin açılmasına icazə verilsin. Məsciddə ətrafı təmizləyəndə çoxlu sayda şpris, iynəyə rast gəlirik. Bağlı yerdir, narkomanlar yığışır, axşamlar burada iynə vururlar.Bizim radikallarla da işimiz yoxdur, radikallığa da qarşıyıq. Yeganə arzumuz var ki, məscid açılsın. 

Açıklama yok.

Nümayəndəmiz Tofiq Hüseynov QMİ sədri Allahşükür Paşazadə ilə 2013-cü ildə görüşdü. Söz verilsə də heç bir nəticə olmadı. QMİ sədrinin müavini Hacı Salmanla da görüşdük, nəticə olmadı. Adını qoydular ki, təmirə ehtiyacı var. Məscidin guya günbəzi dəyişilməlidir. Qubada Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı ilə də görüşdük. Mübariz müəllim nümayəndəmizi çox yaxşı qarşıladı. Dedi ki, icma qurun, qeydiyyatdan keçin. . Sonra da DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayevə məscidin sənədləşməsinə kömək elə ki, dini icma yaratmaq mümkün olsun. Eynulla müəllim də yardım edəcəyinə söz verdi. Təssüf ki, xırda bəhanələrlə bizə icma qurmağa da mene törədildi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə siyasəti hər kəsə agahdır. Cənab Prezident dəfələrlə məscidlərin təhqir edilərək yararsız hala salınmasına sərt etirazını bildirib. Xudat kimi əmin-amanlığın olduğu bir şəhərdə məscidin belə halda olması utancverici haldır. Buna göz yumanlar cənab Prezidentin apardığı siyasətin mahiyyətini anlamırlar. Biz, Xudat şəhər sakinləri olaraq həm rayon rəhbərliyindən həm də dini qurumlardan xahişimiz budur ki, bu məsələ öz həllini tapsın. Prezidentin doğru siyasətinə dəstək vermək hər kəsin borcudur.

Cənab Prezident İlham Əliyev hər zaman vətəndaşların problemlərinin həllinə yardım edir. Biz cənab Prezidentdən xahiş edirik ki, məscidimizin ibadətə açılması haqda əlaqədar orqanlara tapşırıq versin”, deyə Xudat sakinləri müraciətlərində bildirirlər.

Avropa.info

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Oxunma sayı: 22694

Oxşar yazılar