"Gündəlik 50-100 arası şəxs peyvəndləmədən keçir" - Baş həkimin müavini

  • 17:12 - 01 Mart

Vaksinasiya prosesi yüksək səviyyədə davam edir, gündəlik 50-100 arası şəxs peyvəndləmədən keçir.

Avropa.info xəbər verir ki, bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib.

O qeyd edib ki, poliklinikada həkimlərin ikinci doza vaksinasiyası da yekunlaşıb:

"Yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibb işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndləməsi həyata keçirilib. Bu günə kimi poliklinikamızda təxminən 1050 nəfər vaksinasiya olunub".

Ş.Quliyev bildirib ki, vaksinasiya olunan şəxslər arasında heç bir mənfi təsir qeydə alınmayıb.


Oxunma sayı: 1827

Oxşar yazılar