Qarabağda Rusiya sülhməramlıları üçün daha 4 şəhərcik salındı

  • 12:32 - 01 Mart

Dağlıq Qarabağda rus sülhməramlıları üçün daha dörd blok-modul şəhərciyi tikilib.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yeni şəhərçiklər Xankəndi və Xocavənddə istifadəyə verilib. Beləliklə, bu günə qədər sülhməramlı kontingentin hərbi heyəti üçün səkkiz şəhərcik inşa edilib.

"Modul şəhərciklərin inşası şəxsi heyət üçün rahat yaşayış şəraiti yaratmağa imkan verir. Blok- modul şəhərcikləri bütün lazımi sistemlərlə (enerji təchizatı, isitmə, hamam otaqları, su təchizatı, drenaj sistemi), yaşayış yeri mebel və məişət texnikası ilə təchiz edilib. Hər şəhərin ərazisində süni örtüklü idman zalı, hamam, tibb məntəqəsi, qurutma maşını, paltar təmizləyən otaq, istirahət otağı, anbar, yeməkxana var", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər.

Rusiya Federasiyasının sülhməramlı kontingenti atəşkəsə nəzarət etmək üçün 1960 nəfərlik hərbi heyət, 90 zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika ilə Dağlıq Qarabağda yerləşdirilib.


Oxunma sayı: 1662

Oxşar yazılar