Qarabağda dastan yazan "Bayraktar"ların qurucusu Səlçuk Bayraktar : "Təkəbbürləri, məzlumlara çəkdirdikləri başlarına keçdi..." (FOTO)

  • 00:41 - 01 Mart

Qarabağda dastan yazan "Bayraktar TB2" PUA-larının istehsalçısı, "Baykar" şirkətinin texnik müdiri Səlçuk Bayraktar 1997-ci ilin 28 fevralında Milli Görüş Hərəkatının lideri Nəcməddin Ərbakan hökumətinə qarşı baş vermiş post-moderin dövlət çevrilişini lənətləyən paylaşım edib. 

Avropa.info xəbər verir ki, tvitterdə etdiyi paylaşımda Bayraktar "təkəbbürləri, məzlumlara çəkdirdikləri 15 il belə dayanmadan başlarına keçdi" yazıb.  

"1000 il sürəcək demişdilər...  təkəbbürləri, məzlumlara çəkdirdikləri 15 il belə dayanmadan başlarına keçdi #28Şubat'ta sadəcə zülm etmədilər, bizi ayırmaq,bir-birimizdən qoparmaq və toplumumuzun təməlini dinamitləmək istədilər. Millətimiz çevirilişlərə keçid vermədi, verməyəcək...", deyə Səlçuk Bayraktar qeyd edib.


Oxunma sayı: 6623

Oxşar yazılar