Paşinyan hücuma keçdi - Qiyamçı baş qərargah rəisini dəstəkləyən prezident Armen Sarkisyanın impiçmenti gündəmdə

  • 22:17 - 28 Fevral

Ermənistanda prezident Armen Sarkisyanın baş nazir Nikol Paşinyan tərəfindən təqdim edilən baş qərərgah rəhbəri Onik Qasparyanı vəzifəsindən azad edilməsi ilə bağlı fərmanını imzalamaması gərginliyə səbəb olub.

Avropa.info xəbər verir ki, Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası artıq Armen Sarkisyanın mümkün impiçment prosesini gündəmə gətirib.

Baş nazir Paşinyanın hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan “facebook” səhifəsində prezidentin mümkün impiçment haqda yazıb. 

Erməni deputat bildirib ki, buna səbəb prezident Armen Sərkisyanın baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə vəsatətini imzalamaqdan imtina etməsidir.

 Ovakimyan nəzərə çatdırıb ki, Konstitusiyanın 139-cu maddəsinə əsasən, Prezident Baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir. İlk baxışdan da Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə sərəncamını da Prezident geri qaytararkən bu hüququndan istifadə edib: 

"Ancaq əslində məsələ belə deyil. Prezident özbaşına sərəncam layihəsini ona təklif edən orqana qaytara bilməz. Bu halda Baş nazir Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində Baş Qərargah rəisini vəzifədən azad olunmasını təklif edib. Hətta insan ən emosional təxəyyüllə bu prosesdə Konstitusiyaya zidd element görə bilməz. Biz əslində Prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərindən özbaşına istifadə dövlət təhlükəsizliyini təhdid altınla qoya və stabilliyi poza bilər. Buna görə də Konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq Prezidentin impiçment prosesinin başlanılması üçün aydın əsaslar var".

Qeyd edək ki, fevralın 25-də Baş Qərargah N. Paşinyanın istefasını tələb etdikdən sonra baş nazir Baş Qərargah rəisinin istefası ilə bağlı Prezidentə sərəncam layihəsi təqdim edib. N. Paşinyan Baş Qərargahın bəyanatını dövlət çevrilişinə cəhd adlandırıb.

Avropa.info


Oxunma sayı: 5908

Oxşar yazılar