Myanmada 17 nümayişçi öldürülüb

  • 20:56 - 28 Fevral

Myanmanın yeddi şəhərində hərbi çevrilişə qarşı etiraz edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə azı 17 etirazçı ölüb.

Bu barədə “Mizzima” portalı xəbər verib.

Bildirilib ki, Yanqon və Tavo şəhərində dörd nümayişçi, Pequ şəhərində üç, Mandalae və Pakxouku şəhərlərinin hər birində iki nümayişçi öldürülüb.

Xatırladaq ki, hakimiyyəti ələ keçirən Myanma hərbçiləri fevralın 1-dən fövqəladə vəziyyət rejimi elan edib.

Myanma Prezidenti Vin Min və Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji saxlanılıb.(report)


Oxunma sayı: 2773

Oxşar yazılar