Azərbaycanda son sutkada 270 nəfər koronavirusa yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib

  • 17:44 - 28 Fevral

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7 444, hazırkı dövrədək isə 2 598 679 test aparılıb.


 


Oxunma sayı: 1530

Oxşar yazılar