Türkiyədə Ərbakana qarşı edilən 28 Fevral post-modern dövlət çevrilişinin şok detalları : Dəmirəl Ərbakanı nəylə təhdid edib? - Tansu Çillər ilk dəfə açıqladı

  • 16:31 - 28 Fevral

Türkiyənin keçmiş baş naziri Tansu Çillər 28 fevral 1997-ci ildə eks-prezident Süleyman Dəmirəlin baş nazir Nəcməddin Ərbakana və özünə etdiyi təhdidləri ilk dəfə açıqlayıb. 

Avropa.info xəbər verir ki, Milli Görüş Hərəkatının lideri, "Rifah" Partiyasının sədri Nəcməddin Ərbakanın vəfatının 10-cı ildönümü münasibəti ilə Türkiyə mətbuatına danışan Çillər, 1997-ci il 28 fevralda baş tutmuş və Türkiyə tarixində post-modern dövlət çevrilişi adlandırılan proses haqda açıqlama verib. 

Dönəmin prezidenti Süleyman Dəmirəlin "əsgər ayağa qalxıb" mesajları ilə onu və Ərbakanı təhdid etdiyini deyən Çillər, ailəsinin də hədəfə alındığını qeyd edib.

"Hətta bu təhdidlər elə bir həddə gəldi ki, ailəm və övladlarım təhdid olunurdu. Nə edəcəksiniz, mənə edin, ipim cibimdədir, dedim."

28 fevral prosesini dəyərləndirən dönəmin baş nazir müavini Çillər, "Rifah" Partiyası ilə koalisiya qurmadan öncə də təhdidlərlə üzləşdiyini bildirib.

"Ərbakanla bizim qurduğumuz hökuməti devirmək üçün bir bələdiyyə sədrinin "Qüds Gecəsi" adlı tədbir keçirməsindən istifadə edirdilər. Guya bu tədbir dünyəviliyə qarşı olub. Biz məcburən həmin bələdiyyə sədrini istefaya göndərdik. Amma təzyiqlər yenə də davam edirdi. Mən, prezident Dəmirəlin hökumətə dəstək olacağını düşünərək, onunla görüşdüm. "Bu hökumətin dünyəviliyə qarşı hansı addımını görürsünüz", soruşdum. Biz söhbət edərkən Sincardan tanklar keçdi. Dəmirələ, "Sincandan tanklar geçir, bu hökumətə xəbərdarlıqdırsa, bunun qanuni bir əsası yoxdur və bir iş görmək lazımdır. Dəmirəl mənə, "əmr zincirini bir daha aradan qaldırmağa izn vermərəm. Sən Gürəş paşanı bir dəfə vəzifəsindən azad etdin, əmr zinciri pozuldu, sənin ağılında nə olduğunu bilirəm" dedi.

Bundan sonra, Ərbakanın yanına getdim. Ərbakan çox kübar və gözəl bir insandı. Millətə xidmət onun üçün əsas hədəf idi. Hər hakimiyyətə gəldiyində çevriliş edirdilər və millətə sıxıntı vermək istəmirdi. Hərbçilərlə uzlaşmaq istəyirdi. Ərbakana, "bu məsələni istintaqa verək, əsgərin etdiyinin qanuni əsası yoxdur" dedim. O isə mənə, "bunu böyütməyək, əsgərlər də bizi sevirlər, ölkəyə də yaxşı xidmətlərimiz olar", deyə cavab verdi. Bu işi böyütmədik, amma bu böyütməməklə ötüşdürəcək məsələ deyildi. Əsgər ölkənin və mənim göz-bəbəyimdir, ancaq bəzi şeylərə də "dur" demək lazımdır.

Tansu Çiller, Süleyman Demirel'in Erbakan'a ve kendisine yaptığı tehdidi açıkladı!

Tansu Çillər

Daha sonra, çevriliş cəhdi haqda bilgi bizə gəlincə, ilk olaraq Ərbakanla danışdıq. Məsələni Dəmirələ çatdırdıq. Dəmirəl təhdidlə,"əsgər onsuz da ayaqdadır", dedi. Cənab Ərbakan da bir barışıq yolu axtarırdı. Qərar qəti idi. Cənab Ərbakan iqtidar olmayacaq, olarsa istənilən yolla bunun qarşısının alınması qərarı verilmişdi", deyə Tansu Çillər qeyd edib.

Çillər, tankların Sincana çıxarılmasının ardından Nəcməddin Ərbakan ilə aralarında keçən danışığı belə xatırlayır.

"Cənab Ərbakana dedim ki, baş qərərgah rəisi və qoşun komandirlərini dərhal vəzifələrindən azad edək. Ərbakan da, "Dəmirəl bunu imzalamaz" dedi. Mən də, "imzalamasın amma tarix önündə bunu edək. Millətə də bunu anladaq" dedim. Cənab Ərbakan parlamentdən seçim qərarı çıxmayacağını bildirərək, mənə "sizin də partiyanızı bağlayarlar" dedi. Bu səbəbdən də mənə, "mən istefa edim, sən baş nazir ol" dedi.

"Rifah"la birgə hakimiyyətdə olduğumuz qısa dönəmdə iqtisadiyyat yaxşılaşırdı, 8 faiz artım vardı. Bizim hökumət davam etsəydi, bu böyük ehtimalla bir xidmət karvanı olacaqdı. Türkiyədə iqtisadi rifah uzun illər çevrilişlərlə əldən verilib."

Çillər, Ərbakanın istefasından sonra hökuməti qurma vəzifəsinin ona deyil, Məsud Yılmaza verilməsindən də danışara, həmin dövrdə bunun "Çankaya çevrilişi" adlandırıldığını deyib.

"Bu vəziyyət bizi üzmədi desəm doğru olmaz. Yılmaza görəv verilincə mənimlə görüşüb, "baş nazir olmaya bilərəm, sən ola bilərsən" dedi. "Kim istəyir bizim koalisiyamızı" soruşduqda, çiyinlərini göstərərək, "paqonlular" dedi. Ona, "millətin olmadığı yerdə mən olmaram" dedim. Anasol-D hökuməti quruldu sonunda. "Rifah" partiyası və bizim partiya parlamentdə çoxluq olduğu halda zorla azlığa çevirildi, azlıq olan güc isə çoxluq halına gətirildi.  

Bir hökumətə, idarə etməyə imkan verməzsən bu əslində çevrilişin bir qoludur. Bunu qandalla etsəniz bu çevrilişin özüdür. Bunu qorxu, şantaj və təzyiqlə etsəniz bunun adı çevirilişdir. Millətin şüurunda dar ağacına gedən bir baş nazirin son baxışları vardır. O baxış əslində yaxın dönəm üçün siyasətin və siyasətçilərin şüurunda saplanmış bir xəncərdir. O dönəmdə hətta bizim partiyanın deputatlarından bəziləri, ""Rifah"dan ayrılmasaq eyni şeylər bizim də başımıza gələcək" deyirdilər. 

Tansu Çillər, 28 fevral çevrilişinin bir koalisyon halında birləşdiyini, bu koalisyonun, media, QHT, iş dünyası, siyasət və hərbi qolunun olduğunu, ABŞ-ın terrorçubaşı Abdullah Öcalanı Ecevitə təslim etdiyi vaxt bunun xarici qolunun da üzə çıxdığını bildirib.

"28 fevral çevrilişinin ardından batan bankalar Türkiyəni böyük iqtisadi krizə apardı. Bu kriz nəticəsində Türkiyə 291 milyar itirdi. Nəhayət çevrilişlərdən bezən millət bezdi və nə etdi? Bizləri siyasətdən kənara atdı və AK Partiyanı iqtidar etdi. Onlar da çevrilişləri bitirdilər", deyə Çillər qeyd edib.

Avropa.info


Oxunma sayı: 14158

Oxşar yazılar