Somali ordusu rəhbərinin müavininə sui-qəsd cəhdi olub, ölənlər var

  • 16:53 - 28 Fevral

Somalinin paytaxtı Moqadişoda ölkənin Müdafiə Qüvvələrinin rəis müavini, general Abas Amin Əliyə sui-qəsd cəhdi zamanı azı 2 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Somali Guardian” xəbərlər portalı bildirib.

Qeyd edilir ki, general özü hadisə zamanı sağ qalıb.


Oxunma sayı: 3202

Oxşar yazılar