Paşinyana qarşı üsyana qalxmış Qasparyan Köçəryana elə sözlər dedi ki... "Gəlib bığlarını kəsərəm, çiyələk ləzzətli Ando olarsan"

  • 13:48 - 28 Fevral

İstefa verməkdən imtina edən Ermənistan Baş Qərargah rəisinin açıqlamaları ölkədə şok effektinə səbəb olub.  

Avropa.info xəbər verir ki, son olaraq Baş Qərargah rəisi Onik Qasparyanla Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan arasında qalmaqal yaşandığı bildirilir. 

Məlumatlara görə, özünü hakim komandada sərt bir adam kimi göstərməyə çalışan Andranik Köçəryan, “Vətəndaş müqaviləsi” partiyasının bir toplantısı zamanı əvvəllər müdafiə nazirinin müavini vəzifəsində olduğu üçün ordu ilə necə danışıqlar aparılmasını bildiyini deyib.  

“ARMINSIDER” telegram-kanalının yaydığı məlumata görə, bundan sonra Onik Qasparyana zəng edən Köçəryan baş qərərgah rəisi ilə sərt danışmaq istəyib. Lakin, Qasparyan Köçəryanın sözünü kəsərək, onu təhqir edib: “Qulaq as, Ando, indi mən gəlib sənin bığlarını kəsərəm, çiyələk ləzzətli Ando olarsan.” 

Avropa.info


Oxunma sayı: 5424

Oxşar yazılar