ABŞ-da partlayış olub, 3 polis yaralanıb

  • 16:36 - 28 Fevral

ABŞ-da partlayış nəticəsində 3 polis əməkdaşı yaralanıb.

Bu barədə ABŞ-ın Kanzas ştatının Uiçito şəhər polis idarəsinin “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

Hadisə polis əməkdaşları şəhərdə yaşayış olmayan bir evə daxil olan zaman baş verib. Naməlum partlayıcı qurğunun işə düşməsi nəticəsində iki polis əməkdaşı yüngül, bir polis əməkdaşı ağır yaralanıb.

 

Hadisə yerinə ekspertlər cəlb edilib.(apa)


Oxunma sayı: 771

Oxşar yazılar