Müdafiə Nazirliyi açıqlama yaydı: "...təhlükəsizlik qaydalarının pozulması nəticəsində..."

  • 13:41 - 28 Fevral

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb.

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən Avropa.info-ya bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!”, - deyə məlumatda bildirilir.


Oxunma sayı: 1497

Oxşar yazılar