ABŞ-da COVİD-19-a qarşı “Johnson & Johnson” vaksininin istifadəsinə icazə verilib

  • 14:31 - 28 Fevral

ABŞ Ərzaq və Dərman Vasitələrinin Keyfiyyəti Məsələləri üzrə İdarəsi  “Janssen” şirkətinin təklifini dəyərləndirib və yeni növ koronavirusa (COVİD-19) qarşı “Johnson & Johnson” vaksininin tətbiqinə icazə verib.

Bununla da ABŞ-da fövqəladə hallarda tətbiqinə icazə verilən koronavirusa qarşı vaksinlərin sayı 3-ə çatıb.

Bundan əvvəl ABŞ-da “Moderna”, həmçinin “Pfizer” və “BioNTech” şirkətlərinin birgə istehsal etdikləri vaksinlərin istifadəsinə icazə verilib.

Digər vaksinlərdən fərqli olaraq “Johnson & Johnson” vaksini iki deyil, bir dozada vurulacaq. Bu vaksin 18 yaş və 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub.

Üçüncü mərhələdə sınaqlar zamanı “Johnson & Johnson” vaksininin effektivliyi 85 faiz olub.


Oxunma sayı: 2575

Oxşar yazılar