Sabaha gözlənilən hava şəraiti açıqlanıb

  • 13:54 - 28 Fevral

 

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Avropa.info-ya verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Martın 1-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.


Oxunma sayı: 925

Oxşar yazılar