Çində kimyəvi məhsullar zavodunda 5 nəfər zəhərlənmədən ölüb

  • 12:42 - 28 Fevral

Çinin Cilin vilayətində kimyəvi lif istehsal edən müəssisədə baş verən qaz sızması nəticəsində 5 nəfər zəhərlənmədən ölüb.

Elektrik xəttində baş verən qısaqapanma müəssisədə enerji təchizatının dayanmasına, bu da öz növbəsində bəzi avadanlığın sönməsinə səbəb olub. Nəticədə qaz sızması yaranıb.

Hadisə nəticəsində zəhərlənən digər 8 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir.


Oxunma sayı: 2652

Oxşar yazılar