Ermənistanı tərk edən Aronyan bu ölkəyə üz tutdu

  • 14:07 - 27 Fevral

“Levon hələ 2013-cü ildə ilk Sinkfild kubokunda oynayıb. Bu illər ərzində onu cılğın idmançı və əsl centlmen kimi tanımışam”.

Apasport.az saytının məlumatına görə, bunu amerikalı biznesmen Reks Sinkfild deyib.

O bildirib ki, ABŞ Ermənistanı tərk edən qrossmeyster Levon Aronyanı qucağına alacaq: “Aronyan bizim idmanda bütün ən yaxşı şeyləri təcəssüm edir. O, Sent-Luisə köçmək və ABŞ yığmasında iştirak üçün bizə müraciət edəndə başa düşdüm ki, bundan yaxşı variant da ola bilməz. Onu salamlayırıq və qucağımızı açaraq qarşılayırıq”.


Oxunma sayı: 1508

Oxşar yazılar