Azərbaycanda vəzifəli şəxs vəfat edib - FOTO

  • 11:30 - 27 Fevral

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev vəfat edib.

Avropa.info "report"a istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fikrət Lütvəli oğlu Nuriyev 1949-cu ildə anadan olub. O, 1990-ci ilin dekabr ayından AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədri vəzifəsində çalışıb.

F.Nuriyev 1990-ci ilin may-dekabr aylarında Bakı şəhər Nəsimi rayon Xalq Nəzarəti komitəsinin sədri vəzifəsində işləyib.


Oxunma sayı: 1409

Oxşar yazılar