ABŞ-da təyyarə qəzaya uğradı – Ölənlər var

  • 10:00 - 27 Fevral

ABŞ-ın Holl dairəsində (Corciya ştatı) birmühərrikli təyyarə qəzaya uğrayıb.

Avropa.info bildirir ki, qəza nəticəsində 3 nəfər ölüb.

Məlumata əsasən, Qeynsvil aeroportundan havaya qalxan təyyarə Deytona-Biç şəhərinə uçurmuş. Qəza yerinə gələn xilasedicilər hadisə yerində 3 nəfərin meyitini aşkarlayıblar.

Bildirilir ki, yanacaq sızması səbəbindən qəza yerinin yaxınlığında yerləşən bir yaşayış evinin sakinləri təxliyyə edilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.


Oxunma sayı: 3279

Oxşar yazılar