"Klıcdaroğlu "orada nə işiniz var " deyir, Qarabağı azad etmələri üçün qardaşlarımıza dəstək verdik" - Türkiyənin keçmiş Daxili İşlər naziri

  • 02:39 - 27 Fevral

"Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarını qardaşlarımıza dəstək verərək geri qaytarıb, bu torpaqların yenidən bərpasına kömək edə bilirik. Müxalifətdəki zat (CHP sədri Klıcdaroğlunu nəzərdə tutur:red) isə biz xaricdə haraya getsək, "Orada nə işiniz var, burada nə işiniz var" deyir."

Avropa.info xəbər verir ki, bunu Türkiyənin keçmiş Daxili İşlər naziri, AK Partiya sədrinin müavini Əfqan Ala deyib. 

"Biz Azərbaycana oradakı qardaşlarımızın işğal altındakı torpaqlarını işğaldan qurtarmaları üçün dəstək verdik. Terror yox olsun deyə Suriyadayıq. Liviyalı qardaşlarımızın torpaqları bölünməsin deyə oradayıq. Yəni dünyanın harasında könül coğrafiyamızın, qəlbimizin bizə söylədiyi şəkildə davrana bilmək üçün oradayıq. Bizim kimsənin torpağında, iradəsində gözümüz yoxdur, amma ədalətsizlərə deyəcək bir sözümüz var. Prezidentimiz, "Dünya beşdən böyükdür" deyir",- Əfqan Ala bildirib.


Oxunma sayı: 2531

Oxşar yazılar