BMT TŞ vaksinasiya ilə bağlı qətnamə qəbul edib

  • 23:20 - 26 Fevral

BMT Təhlükəsizlik Şurası yekdilliklə koronavirusa qarşı peyvəndlərin ədalətli paylanmasına dair qətnamə qəbul edib.

Bunu BMT TŞ-nin iclasında Böyük Britaniyanın BMT yanında daimi nümayəndəsi Barbara Vudvord deyib.

Onun sözlərinə görə, səsvermə pandemiya zamanı tətbiq edilən qaydalara uyğun olaraq dünəndən bəri yazılı formada keçirilib.

Bildirilir ki, sənəd peyvəndlərin ədalətli paylanmasına və vaksinasiyanın həyata keçirilməsi üçün münaqişə zonalarında atəşkəsə çağırır.


Oxunma sayı: 3246

Oxşar yazılar