DİN AXCP-nin sədr müavininin saxlanılmasına aydınlıq gətirdi

  • 20:38 - 26 Fevral

Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin polis əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Avropa.info xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, AXCP üzvü bu gün "Ana harayı" abidəsini ziyarət edən zaman ona yaxınlaşaraq sual verən blogerə qarşı nalayiq ifadələr işlədib:

"Bundan sonra blogerin müraciəti əsasında Seymur Həzi polis bölməsinə aparılıb. Orada onunla profilaktik söhbət aparıldıqdan sonra izahatı alınaraq sərbəst buraxılıb".


Oxunma sayı: 1101

Oxşar yazılar