Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır

  • 19:21 - 26 Fevral

Ermənistan prezidenti Armen Sarkisyan ölkə ordusunun Baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad olunma bəyanatını qəbul etməyib.

Avropa.info bildirir ki, prezident generalın istefaya göndərilməsi tələbi ilə müraciətini baş nazir Nikol Paşinyana geri göndərib.

Qeyd edək ki, ötən gün Ermənisan Baş qərargahı N.Paşinyanın istefasını tələb edən bəyanat yayımlamışdı.

Bunun əvəzində N.Paşinyan Onik Qasparyanı vəzifdən azad etdiyini və bu barədə müraciəti prezidentə göndərdiyini bildirmişdi.


Oxunma sayı: 3719

Oxşar yazılar