Qadınlardan çox kişilər intihara meyl edir - Komitə sədri

  • 17:39 - 26 Fevral

İntiharlara bağlı rəqəmlər yüksəkdir. Ölkədə təkcə erkən nikah deyil, bir sıra məsələlər var ki, cəmiyyətdə haqlı narazılıq, narahatlıq doğurur. Bəzən dərdini açıq demək, harada şikayət etmək ənənəsini normal qəbul etmirlər. Heç kim bu məsələlərə biganə qalmamalıdır.

Avropa.info xəbər verir ki, bunu bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, bu məsələlər yalnız komitənin nəzarətində deyil.

"Daşlaşmış stereotipləri müasir cəmiyyətin tələbi ilə dəyişmək lazımdır. Təəssüf ki, istədiyimiz nəticəni ala bilmirik. Son dövrlər bu vəziyyətin dünya üzrə acınacaqlı olmasının səbəbi var. Bu, pandemiya ilə bağlıdır. Həmçinin müharibədən çıxmış ölkə kimi onun doğurduğu psixoloji, sosial və digər çətinliklər var ki, bəzi insanların psixoloji durumu buna dözməyə imkan vermir”.

Komitə sədri qeyd edib ki, qadınlardan çox kişilər intihara meyl edir:
"Amma cəmiyyət müzakirə edərkən daha çox qadınlara üstünlük verir. Zorakılıq göstərənlər əsas hədəf qrupları olmalıdır. Bununla bağlı layihələrimiz davam edir".


Oxunma sayı: 1475

Oxşar yazılar